`Pul yoxdur! Möhkəm olun` - Medvedyevdən maraqlı açıqlama


16:12     10 İyun 2016 600@0%20(4)6.jpg

Rusiyanın Baş naziri Dmitri Medvedevin Krımda təqaüdçünün pensiyaların artırılması barədə istəyinə “Pul yoxdur, dayanın!” deməsini əks etdirən videogörüntülər “Youtube” şəbəkəsində tezliklə milyonlarla insan tərəfindən izlənilib.


Qeyd edək ki, mayın 23-də Krıma səfər edən Dmitri Medvedev təqaüdlərin azlığından şikayətlənən əhaliyə “Pul yoxdur, möhkəm olun” deməklə kifayətlənib. Baş nazir təqaüdlərlə bağlı problemlərin olduğunu etiraf etsə də, onun cavabı həddindən artıq konkret və qısa olub: "Pul yoxdur". Onun qısa videosu Krım sakinləri tərəfindən "Youtube"da yerləşdirilib. Video qısa zamanda 3.6 milyon insan tərəfindən izlənilib.



Krım əhalisi ilə görüşən baş nazirə qadınlardan biri təqaüdlərin azlığından şikayətlənərək "pul o qədər azdır ki, bununla yaşamaq mümkün deyil" deyə bildirib.

"Bu təqaüdlə yaşamaq mümkün deyil. Qiymətlər dəhşətli dərəcədə bahadır. Artıq gücümüz qalmayıb. Bizə düzgün indeksləşmə hesablanmayıb. Bizi incidirlər hətta 4 % belə vermirlər. 8 min rubl (178 AZN) həddindən artıq azdır", - deyə qadın Medvedevə öz şikayətini bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1444